“Azadsöz.az” Rusiya mediasına istinadən xəbər verir ki, məşhur opera müğənnisi və “Səs” layihəsinin iştirakçısı Yevgeni Kunqurov Moskvada intihar edib.
Axşam saatlarında Kunqurovun həyat yoldaşı xilasetmə xidməti ilə əlaqə saxlayıb və bildirib ki, ərindən paytaxtın Presnenski rayonundakı mənzildə intihar edəcəyi barədə mesaj alıb. Kunqurov arvadına yazıb ki, “onun cəsədini sabah hamamda tapacaq”.
Bundan sonra Rusiya Federasiyasının Əməkdar artisti zənglərə cavab verməyi dayandırıb.
Dərhal xilasedicilər və polisi hadisə yerinə gediblər. Onlar sənətçinin cəsədini evin pəncərələrinin altında tapıblar.
Qeyd edək ki, Kunqurovun psixi problemləri olub və o, özəl klinikalardan birində psixiatr tərəfindən müalicə olunub.
Yevgeni Kunqurov Kalininqrad Musiqili Teatrının solisti, “Romans romantikası” proqramının aparıcısıdır. 2023-cü ilin oktyabrında “Rusiyanın Əməkdar artisti” adına layiq görülüb, eyni zamanda Çeçenistan və İnquşetiyanın Əməkdar artistidir. İki azyaşlı uşağı var.