18 May 2024 10:49

Göyçay şəhər məscidlərində qılınacaq bayram namazının saatı AÇIQLANDI/RƏSMİ

Azadsöz.az  xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin məlumatına əsasən təqdim etdiyi təqvimə görə, aprelin 10-da Azərbaycanda Ramazan bayramı qeyd olunacaq. 

Bayramla  əlaqədar  respublikanın  hər  yerində  olduğu kimi  Göyçay  rayonunun məscidlərində də 10 apreldə bayram  namazı  qılınacaq.

Belə  ki, Göyçay şəhəri Əbəlfəzlil-Abbas məscidində  və Göyçay şəhəri Mərkəzi Cümə məscidində bayram namazı saat 09:00-da  qılınacaq.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.

 

Gülşən Muradova

Zəka  Nağıyev

Arif Heydərov