20 Sentyabr 2024 19:26

Göyçayda şəhid atası vəfat etdi-SON DƏQİQƏ (FOTO)

Azadsöz.az  xəbər  verir  ki, Göyçay rayonu Ziya Bünyadov küçəsində  yaşayan, 1993-cü ildə Birinci Qarabağ müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda  gedən döyüşlərdə  şəhid olan Eldar Məhərrəmovun atası Məhərrəmov Aydın İbad oğlu gecə saatlarında vəfat edib.

Qeyd  edək  ki, şəhidimizin atası  bu gün saat 14:00- da dəfn olunacaq. 

Xatırladaq ki, şəhid Eldar Məhərrəmov 1973-cü il  15  mayda Göyçay  rayonunda  anadan olub. Orta məktəbi bitirəndən sonra Göyçayda açılmış bir illik maliyyə-kredit kursunda oxuyub, sonra ilk hərbi xidmətini keçmək üçün Ukraynaya yola düşüb. Hərbi xidmətini başa vurub vətənə dönərək E.Məhərrəmov 1992-ci ilin iyununda könüllü olaraq Azərbaycan ordusunda xidmətə yollanıb.

Azərbaycan  Ordusunun 707 saylı briqadanın tank əleyhinə artilleriya diviziyasında PDM komandiri kimi xidmət keçən Eldar Məhərrəmov Ağdərə, Ağdam, Gədəbəy, Qazax, Ağstafa  və  Tovuzun müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmanlıq  göstərib. O,  1993 ilin avqustunda şəhid olub və Göyçay Şəhidlər Xiyabanında dəfn olunub.


Səbuhi  Eltonlu

Gülşən Muradova

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com