29 Noyabr 2024 03:50

Peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə icazə veriləcək

Azadsöz.az xəbər verir ki, Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələri özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının sırasından çıxarılır.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, qanunun 6.2.1-ci maddəsindən (özəlləşdirilməsi qadağan olunan əmlak) “, geostasionar orbitlərdəki peyk rabitəsi vasitələri” sözləri çıxarılır.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul