27 Noyabr 2024 20:41

Azərbaycanda bələdiyyələr birləşəcək

Azadsöz.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, əhali sayı 3 mindən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək və böyük bələdiyyələr yaradılacaq.

Sənəddə qeyd edilir ki, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul