27 Noyabr 2024 22:28

Hərbi qulluqçuların vəzifələri artırılır

Azadsöz.az xəbər verir ki, bu barədə məsələ Mili Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında’ qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bu vəzifələr sırasına silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsini beynəlxalq qaydalarını öyrənmək və ona riayət etmək daxil edilir.

Qanun layihəsi 1954-cü il tarixli “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasına dair İkinci Protokolunda nəzərdə tutulmuş mədəni sərvətlərin qorunmasına dair müddəaların milli qanunvericilik aktlarına daxil edilməklə onların icrasının təmin edilməsi üçün hüquqi əsasın yaradılması məqsədi ilə hazırlanıb.

Qanun layihəsində silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsinin beynəlxalq qaydalarının öyrənilməsi və onlara riayət edilməsi vəzifəsinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına tapşırılması, silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsində fərqləndirici emblemlə işarələnmiş nəqliyyat vasitələrindən istifadə olunması imkanının təsbit edilməsi, ekstradisiyadan imtinanın hüquqi əsaslarının genişləndirilməsi, habelə Azərbaycan xalqının milli mədəni və təbii irsinə aid obyektlərə xüsusi mühafizə və ya gücləndirilmiş mühafizə statusunun verilməsinə dair tələbləri nəzərdə tutan normalar öz əksini tapıb.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul