Azadsöz.az xəbər verir ki, Göyçay rayonunun Heydər Əliyev prospektində yerləşən “Heydər Əliyev” parkının müəyyən olunmuş ərazisində rayonumuzun sakinlərinin və qonaqlarının istifadəsi üçün sanitar qovşağının (ayaqyolu) tikilməsinə başlanıb.
Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Mənzil İstismar Sahəsinin işçi briqadası tərəfindən tikintisinə başlanan sanitar qovşağının tezliklə tikilib istifadəyə verilməsi nəzərdə tutulub.