Azadsöz.az xəbər verir ki, Göyçay rayonunun Heydər Əliyev prospekti daxil olmaqla, küçələrdə yenidənqurma, parkların əsaslı təmiri və yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Görülmüş işlər çərçivəsində Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyi tərəfindən 5 aprel 2024-cü il tarixində Heydər Əliyev parkının ərazisinə kiçik tullantıların atılması üçün zibil qutuları qoyulub.
Bununla yanaşı rayonumuzun sakinlərini və qonaqlarını rayonun təmizliyinə riayət etməyi, ətraf mühiti və təbiətimizi qorumağı əks etdirinə maarifləndirici çağırış lövhələri vurulub.