20 Sentyabr 2024 17:42

Ağdaşda narkokuryer saxlanılıb

Azadsöz.az xəbər verir ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Novruz Əhmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ondan 1,2 kiloqram heroin aşkar edilib.

Həmin şəxs ifadəsində sosial şəbəkədə tanış olduğu Mustafa adlı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyini bildirib. N.Əhmədovun maddi vəsait qarşılığında narkokuryerlik etməyə razılaşdığı məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com