20 Sentyabr 2024 17:33

Qazinin intiharı ilə bağlı açıqlama – YENİLƏNİB

Azadsöz.az xəbər verir ki, Hacıqabul rayon sakini, Vətən müharibəsi qazisi Qocayev Kənan Davud oğlu bu gün səhər saatlarında intihara cəhd edib.

Şirvan Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən  verilən məlumata görə, Kənan Qocayev ilk olaraq Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, vəziyyəti ağır olduğundan sonradan Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilib.

Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhum bu gün böyüyüb boya-başa çatdığı Hacıqabul rayonu, Birinci Udullu kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, K.Qocayev Hacıqabul rayon Nəvahi kənd orta məktəbində “Hərbi rəhbər” vəzifəsində işləyirdi.

****
16:39

Azadsöz.az xəbər verir ki, Şirvan şəhər sakini, 1988-ci il təvəllüdlü Kənan Qocayev özünə qəsd edərək həyatına son qoyub.

“Gənc Qazilər” İB adıçəkilən şəxsin Vətən müharibəsində iştirak etdiyini, qazi olduğunu açıqlayıb. 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com