20 Sentyabr 2024 17:30

Zərdabda doqquzotaqlı ev yandı

Azadsöz.az xəbər verir ki, Zərdab rayonunun Cilovxanlı kəndində ev yanıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 360 kvadratmetr (hər mərtəbəsi 180 kvadratmetr) olan ikimərtəbəli doqquzotaqlı evin dam örtüyünün və altı otağının yanar konstruksiyaları 285 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com