Azadsöz.az xəbər verir ki, Nazirlər Kabineti “Dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nın təsdiq edilməsi haqqında 15 sentyabr 2022-ci il tarixli qərarında dəyişiklik edib.
Bununla bağlı baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Siyahıya Milli Aviasiya Akademiyası, eləcə də, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi əlavə olunub.