23 Noyabr 2024 19:16

Hərbi əməliyyatlar və şəhidlərimiz barədə saxta xəbərlər yayanlar müəyyən olundu

Azadsöz.az xəbər verir ki, bəzi sosial şəbəkə səhifələrində hərbi əməliyyatlar, texnika və şəhidlərimiz barədə saxta xəbərlər yayılıb.

DİN-in mətbuat xidmətindən  bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxslər müəyyən olunub. Onlar barəsindən qanunvericiliyə uyğun olaraq tədbirlər görülür. 

Vətəndaşlarımızı reallığı əks etdirməyən və ictimai rəyi çaşdırmağa yönələn saxta xəbərləri paylaşmaqdan çəkinməyə çağırırıq. Bu hallar qanunvericiliklə məsuliyyətə yaradır.

Ankara escort İstanbul Travesti Shemale İstanbul