Azadsöz.az xəbər verir ki,Türkiyədə qanunsuz miqrantların saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.
Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Məlumata əsasən, “Kalkanlar-16” kod adı altında başladılan əməliyyat Muğla, Bursa, İstanbul, İzmir, Mərsin və Qaziantep olmaqla Türkiyənin altı vilayətində icra olunub.
Əməliyyat nəticəsində 173 qanunsuz miqrant saxlanılıb.