Azadsöz.az xəbər verir ki, rayonunun Yergüc kəndində yaşadığı evdə meyiti tapılan şəxsin kimliyi məlum olub.
Üzərində zorakılıq əlamətləri olan 1958-ci il təvəlludlu Səfurə Əlişah qızı Balacayevanın meyiti yaşadığı evdə aşkarlanıb.
Onun ilkin olaraq baş nahiyəsinə vurularaq qətlə yetirildiyi ehtimal edilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və meyit tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.