Azadsöz.az xəbər verir ki, bu gün FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsinə start veriləcək.
İlk oyun günündə Azərbaycan millisi meydana çıxacaq.
Yığmamız Monqolustan millisi ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
Azərbaycan millisini oyuna Arif Əsədov çıxaracaq. Bu, yığmamızın 2024-cü ildə ilk oyunudur.
Bu görüşdən əvvəl isə Tanzaniya Bolqarıstanla qarşlaşacaq. “Liv Bona Dea Arena” keçiriləcək oyun saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi martın 25-də Bolqarıstanla qarşılaşacaq. Millinin Tanzaniya ilə oyunu isə nəzərdə tutulmayıb.
Xatırladaq ki, bu yarış turnir deyil və daha çox yoldaşlıq xarekterli layihə məqsədi daşıyır. Ona görə də yarışın qalibi olmayacaq.
22 mart
20:00.Azərbaycan – Monqolustan
Baş hakim: Zorbay Küçük (Türkiyə)
Tofiq Bəhramov adına Respublika stadionu