Azadsöz.az xəbər verir ki, 2024-cü ilin yanvar-fevral aylarında Hollandiyadan Türk limanlarına 1 milyon 491 min 577 ton yük daşınıb.
Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Hollandiyadan limanlara 6 min 214 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 1 milyon 442 min 961 ton yük çatdırıb.
Bu müddət ərzində Hollandiya bayraqlı gəmilərlə Türkiyə limanlarına 42 min 202 ton yük çatdırılıb. 2024-cü ilin yanvar-fevral aylarında Türkiyə limanlarına Hollandiyadan 62 min 188 ton tranzit yük daşınıb.
Qeyd edək ki, 2024-cü ilin fevral ayında Türkiyə limanları 32 milyon 794 min 263 ton yük qəbul edib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 368 min 96 ton təşkil edib.
Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 1 milyon 262 min 436 ton olub.
Bununla yanaşı, 2024-cü ilin fevral ayında Türkiyə limanlarından 5 milyon 926 min 868 ton transit yük daşınıb.
“2024-cü ilin yanvar-fevral aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 4 milyon 739 min 472 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 61 milyon 287 min 595 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.
Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanlarından 11 milyon 157 min 744 ton transit yük daşınıb.
Qeyd edək ki , bu ilin fevral ayında Türkiyə limanları 4 min 531 gəmi qəbul edib.
Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 437, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 94 olub.
2024-cü ilin yanvar-fevral aylarında Türkiyə limanları 8 min 883 gəmi qəbul edib.
Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 6 min 47, Türkiyə bayrağı altında olan gəmilər isə 2 min 836 olub.