Azadsöz.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən “PROLETE 2005” MMC-nin Özbəkistan Respublikasından idxal etdiyi “Ooo progress zero infinity” müəssisəsinin istehsalı olan ümumi çəkisi 732 kq quru qovun məhsulu və fiziki şəxs Abdullayev Rəşid Şaban oğlunun Türkiyə Respublikasından idxal etdiyi “Süha Küçükali Bibak Dış Ticaret və Pazarlama” müəssisəsinin istehsalı olan ümumi çəkisi 200.40 kq bamya toxumu məhsulu partiyalarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyalarında “Aflatoksin B1” miqdarının normadan artıq olduğu aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız qida məhsulları məhv edilib.