28 Noyabr 2024 14:43

Azərbaycan çoxetniklilik və ahəngdar multikulturalizmin unikal modelidir – “La Gazette du Caucase”

Azadsöz.az xəbər verir ki,  Fransanın “La Gazette du Caucase” onlayn qəzetində Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” beynəlxalq elmi konfrans haqqında məqalə dərc olunub.

“Azərbaycan çoxetniklilik və ahəngdar multikulturalizmin, demək olar ki, unikal modelidir. Bu səbəbdən bu ölkədə anti-müsəlman təbliğatının və onunla mübarizə tədbirlərinin monitorinqi məqsədilə islamofobiya probleminə həsr olunan beynəlxalq konfranslar keçirmək qərarı qəbul edilib”, – məqalədə deyilir.

Materialda qeyd olunub ki, konfrans plenar iclasla açılıb. İclasda çıxış edənlər bu ilin bütün dünyada KİV və sosial şəbəkə vasitələri, eləcə də İsveçdə Quranın yandırılması və Danimarkada Məhəmməd Peyğəmbəri təhqir edən karikaturaların dərc olunması kimi hərəkətlərlə təzahür olunan anti-müsəlman əhvalının kəskin güclənməsi ilə yadda qaldığını vurğulayıblar.

Məqalədə vurğulanıb ki, Avropada, xüsusən Fransada Azərbaycan və Ermənistan arasında münaqişə, adətən, yanlış olaraq xristian və müsəlman ölkəsi arasındakı münaqişə kimi təqdim olunur. Bu cür yanlış təqdimat bundan insanları “sivilizasiyaların toqquşması”, “qlobal İslam əlbirliyi” olduğuna inandırmaq üçün istifadə edən Fransa sağçıları tərəfindən qəsdən təşviq edilir.

Azərbaycanlı şair Natəvanın Eviandakı heykəlinə qarşı vandallıq aktı bu islamofobiyanın əyani sübutudur. Materialda bildirilib ki, bu il İslam dünyasının mədəni paytaxtı elan edilmiş Şuşaya səfər zamanı konfrans iştirakçıları erməni işğalının vurduğu zərərləri görə biliblər.

Vurğulanır ki, Bakıda keçirilən konfrans bu qlobal problemlə mübarizə üzrə praktiki həllərin hazırlanması və tətbiqi üçün əsas yaradıb.

“KİV-də diskriminasiya mesajları ilə mübarizə üzrə proqram və layihələr hazırlamalıyıq. Geniş ictimaiyyətin, xüsusən gənclərin məlumatlılığını artırmalı, siyasətçilər qarşısında öz mövqelərimizi müdafiə etməli, eləcə də, islamofobiyanın kökünün kəsilməsi üçün hüquqi vasitələri genişləndirməli və tətbiq etməliyik. Bu, şübhəsiz, qarşıdakı konfransların vəzifəsi olacaq”, – məqalədə deyilir.

Materialda qeyd olunur ki, konfransın ideyası “yalnız intellektual diskursun çərçivəsindən çıxmaq və daha tolerant və inklüziv gələcək üçün konkret strategiyalar formalaşdırmaq lazımdır”. Beləliklə, məqsəd təkcə məlumatlılığı artırmaq deyil, həm də konkret tədbirlər hazırlamaqdan ibarətdir”, – materialda deyilir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul