“XI Qlobal Bakı Forumuna böyük ümidlərim var”.
Azadsöz.az xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərif XI Qlobal Bakı Forumunun kuluarlarında deyib.
“Qlobal problemlərin həllini tapa biləcəyimizə ümid edirəm. Həmçinin, iqlim gündəliyini reallaşdırmağımıza daha kompleks yanaşma görmək istərdim. Bu məsələlərlə bağlı bir-birimizdən öyrənməliyik”, – o deyib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir. Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də, keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.