Azadsöz.az xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondu (ƏSF) 2021 və 2022-ci illər üzrə maliyyə hesabatlarını açıqlayıb.
Fond 2021-ci ili 104,5 milyon manat, 2022-ci ili isə 107,1 milyon manat xalis mənfəətlə bitirib. Başqa sözlə, 2022-ci ildə Fondun xalis mənfəəti əvvəlki ilə nisbətən 2,5% artıb.
Hesabat dövründə, Fondun sığorta premiyaları 64,3 milyon manat (2021-ci ilə nisbətən 30,6% çox), faiz gəlirləri 3,3 milyon manat (2,1 dəfə çox), banklara ödənilmiş kompensasiyaların geri qaytarılması üzrə vəsaitlər 45,2 milyon manat (10% az), sair gəlirlər isə 3,5 milyon manat (56,8% az) təşkil edib.
2021-ci ildə Fondun cəmi kapitalı 166,3 milyon manat təşkil edib.