Azadsöz.az xəbər verir ki, Filippinin Ombudsman aparatı Milli Qida Təşkilatı (MQT) rəhbərinin və 138 digər məmurun düyü ehtiyatının satışında yol verdikləri xətalara görə vəzifədən kənarlaşdırılmasını tövsiyə edib.
Xarici KİV-lərə istinadən xəbər verir ki, Filippinin kənd təsərrüfatı naziri Fransisko Laurel ittihamların doğru olub-olmadığını yoxlamaq üçün araşdırmanın başladığını söyləyib.
MQT-nin rəhbəri isə öz növbəsində satışın prosedurlara uyğun həyata keçirildiyini və hər hansı bir uyğunsuzluğun olmadığını bildirib. O, təhqiqat altında olan məmurların hələlik könüllü məzuniyyətə göndərilməsini təklif edib.
Qeyd edək ki, Filippində düyünün qiyməti 2023-cü ilin dekabrında 19,6 faiz, bu ilin yanvar ayında isə 22,6 faiz bahalaşıb və əsas ərzaq məhsullarının inflyasiya səviyyəsinə görə son 14 ilin ən yüksək səviyyəsinə çatıb.