Azadsöz.az xəbər verir ki, bu gün saat 14:15-də “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə məxsus yol təmiri maşını (drezin) Xaçmaz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs qəfil drezinin qarşısına çıxıb.
Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində dünyasını dəyişib.