Azadsöz.az xəbər verir ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanası PHŞ-ya yeni Baş həkim təyin edilib.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bu vəzifə Asif Əhmədova həvalə olunub.
A.Əhmədov 2017-2021-ci illərdə Poliklinika şöbəsinin müdiri, 2021-ci ildən hazırkı təyinatınadək Sığortanın təşkili və İnnovasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.