16 Sentyabr 2024 22:58

Xaçmazda mikroavtobus körpüdən aşıb, sürücü xəsarət alıb-FOTO

Azadsöz.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Gödəkli kəndi ərazisindən keçən hissəsində baş verib. “Ford” markalı avtomobil Qusarçay çayının üzərindəki körpüdən aşıb.

Nəticədə xəsarət alan sürücü Mehdi İsayev Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.