19 Sentyabr 2024 05:06

Azərbaycan Üzgüçülük Federasiyasının komandası intellektual yarışın qalibi oldular

Azadsöz.az xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasının komandası intellektual yarışın qalibi oldular.

Azərbaycan Üzgüçülük Federasiyası fevralın 29-da Gənclər və İdman Nazirliyi “İdman həftəsi” çərçivəsində idman federasiyaları, paralimpiya və deflimpiya komitələrinin əməkdaşları arasında keçirdiyi “Fibonaççi” intellektual yarışında bütün komandalardan üstün olaraq birinci yeri tutublar.

Milli Gimnastika Arenasında 130-dək federasiya nümayəndəsi arasında təşkil olunan oyunun qaydaları açıqlandıqdan sonra yarışa start verilib. Yekun nəticələrə əsasən Kamran Hüseynov, Ziya Bağırzadə, Anar Bayramov və Elçin Süleymanovdan ibarət Azərbaycan Üzgüçülük Federasiyasınin komandası yarışın qalibi olub. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ikinci, Azərbaycan Boks Federasiyası isə üçüncü yeri tutublar.

Tədbirin sonunda qaliblər mükafatlandırılıb.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com