Azadsöz.az xəbər verir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilib.
Qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunub.
Qanun layihəsinə əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin toplanışlara cəlb olunması zamanı müvafiq icra hakimiyyəti orqanı toplanışlara cəlb edəcəyi hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən etməlidir.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.