23 Noyabr 2024 21:58

Britaniya anti-Rusiya sanksiyalarını genişləndirib

Azadsöz.az xəbər verir ki, Britaniya anti-Rusiya sanksiyalarını genişləndirib, bura bir çox böyük Rusiya şirkətləri daxil edilib.

Məlumata görə, Ural dağ-metallurgiya şirkəti və ALROSA (almaz kəşfiyyatı, hasilatı, istehsalı və satışı üzrə ixtisaslaşan Rusiya şirkətlər qrupu), eləcə də NOVATEK (təbii qaz əldə edən şirkət) rəhbərliyinə qarşı tədbirlər tətbiq edilib. Perm Pudra Zavodu da sanksiyaya məruz qalıb. Siyahıya Çin, Belarus, Türkiyə və BƏƏ şirkətləri daxildir.

Bundan əvvəl Böyük Britaniya Aleksey Navalnının öldüyü Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı islah koloniyasının altı əməkdaşını sanksiya siyahısına daxil edib. Sanksiyalara koloniyanın rəhbəri Vadim Kalinin və müavinləri Sergey Korjov, Vasili Vıdrin, Vladimir Pilipçik, Aleksandr Qolyakov və Aleksandr Obraztsov da daxildir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul