22 May 2024 07:13

“Qarabağ”a pul mükafatı veriləcək

Azadsöz.az xəbər verir ki, Avropa Liqasının 1/8 final mərhələsinə yüksələn “Qarabağ”ın qazandığı mükafatın məbləği bəlli olub.

Pley-off mərhələsini adlayan Qurban Qurbanovun yetirmələri UEFA-dan 1,2 milyon avro alacaq.

Qurum 1/8 finala yüksələn hər komandaya bu məbləğdə mükafat ayırıb. Ağdam klubu buna Portuqaliya təmsilçisi “Braqa”nı iki oyunun yekununda keçməklə nail olub – 4:2, 2:3.

Qeyd edək ki, Çempionlar Liqasında 1/8 finala çıxanlar 9,6, Konfrans Liqasında isə 0,6 milyon avro qazanıblar.