29 Noyabr 2024 02:37

Bir neçə bələdiyyədə qanun pozuntuları aşkarlandı

Azadsöz.az xəbər verir ki, bu barədə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəddə qeyd olunub.

Bildirilib ki, Bakı şəhəri Sabunçu rayonu Pirşağı, Suraxanı rayonu Zığ, Binəqədi rayonu Biləcəri, Xəzər rayonu Şağan, Qusar rayonu Balaqusar, Tovuz rayonu Düz Cırdaxan və digər bələdiyyələrdə aşkar olunmuş qanun pozuntuları ilə bağlı cinayət işləri başlanıb.

Həmçinin Binəqədi rayonu Binəqədi qəsəbə, Biləsuvar rayonu Biləsuvar, Saatlı rayonu Çolpı və digər bələdiyyələrin fəaliyyətində yol verilmiş qanun pozuntuları ilə bağlı toplanmış materiallar istintaq orqanlarında baxılır.

Ankara escort İstanbul Travesti Shemale İstanbul