19 Sentyabr 2024 20:47

Türkiyədə futbolçu xərçəngdən ÖLDÜ

Azadsöz.az xəbər verir ki, Türkiyənin “Serik Belediyespor” futbol klubunun müdafiəçisi Mümin Talip Pazarlı 29 yaşında vəfat edib.

Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

“Bir müddət əvvəl qan xərçəngi diaqnozu qoyulan futbolçu Myumin Talip Pazarlının vəfat etməsini böyük kədər hissi ilə qarşılayırıq. Bütün ailəyə səbir və başsağlığı veririk”, – məlumatda deyilir.

Futbolçu cari mövsümə Türkiyənin “Ankara Dəmirspor” klubunda başlayıb. Yanvarda müdafiəçi “Serik Belediyespor”a keçib. Futbolçu bu komandanın heyətində 4 oyun keçirməyi bacarıb.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com