18 Oktyabr 2024 08:57

Hacıqabulda qanunsuz ov edən şəxslər saxlanıldı

Azadsöz.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun  məlumatına görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Muğan qəsəbəsi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən üç nəfər saxlanılıb.

Həmin şəxslərdən 3 ədəd ov silahı, həmin silahlara aid patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar aparılır.

grandpashabet alefbahis istanbul travesti