29 Noyabr 2024 00:41

Göyçayda iki seçki dairəsindən AÇIQLAMA

Azadsöz.az xəbər verir ki, 07 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının  bütün  bölgələrində  olduğu kimi  Göyçayda da növbədənkənar prezident seçkiləri üzrə səsvermə keçirilib.

Rayonun mərkəzi və kəndləri üzrə xidmət  göstərən  91, 92 saylı Göyçay-Ağdaş və Göyçay Seçki Dairəsinin sədrləri  rayonda  keçirilən səsvermə ilə  bağlı rəsmi  açıqlama  veriblər.

91 Göyçay Seçki Dairəsinin sədri  Eldəniz  Həmidov  Azadsöz.az-a açıqlamasında  bildirib ki, dairə  üzrə  50 məntəqədə seçici siyahılarındakı səsverənlərin ümümi  sayı 51342 nəfərdir.  38728  seçici  seçki  məntəqələrinə  gələrək  səs verib.Fiziki baxımdan sağlam olmayan və  sağlamlıq durumu yerində olmayan və  məntəqələrə gələ bilməyən 837 nəfər isə  səs vermək üçün  daşınan səyyar səsvermə qutusu evlərinə aparılıb, və həmin şəxslər səsvermə hüquqlarından istifadə edərək səs  veriblər.

Bununla  yanaşı 91 saylı Göyçay seçki dairəsininin Qarabaqqal kənd seçki məntəqəsində qeydiyyatda olan 1920-ci il  təvəllüdlü,  103 yaşlı Həsənova  Səkinə Feyzi qızı  səsvermə hüququndan istifadə edərək səs verib.

****

92 saylı Göyçay-Ağdaş və Göyçay Seçki Dairəsinin  sədri  Nizami Məhərrəmov   Azadsöz.az-a  açıqlamasında  bildirib ki,  dairə  üzrə   48 məntəqədə seçici siyahılarındakı səsverənlərin ümümi  sayı  52803 nəfərdir. Onlardan 30531 nəfər Göyçayda,  22272  isə  Ağdaşda səs  veriblər.

Ağdaş   48 məntəqədən 27-məntəqə  Göyçay rayonunda, 21  məntəqə  isə Ağdaş  rayonundadır.Məntəqələrdə seçki prosesini canlı izləmək üçün 12 veb  kamera  quraşdırılıb. veb kamera  Göyçay  seçki  məntəqələrində, veb  kamera  isə  Ağdaş seçki  məntəqələrində quraşdırılıb.

Fiziki baxımdan sağlam olmayan və  sağlamlıq durumu yerində olmayan və  məntəqələrə gələ bilməyən  387 nəfər səs vermək üçün  daşınan səyyar səsvermə qutusu evlərinə aparılıb, və həmin şəxslər səsvermə hüquqlarından istifadə edərək səs  veriblər.

Qeyd  edək ki, 92 saylı Göyçay-Ağdaş seçki dairəsinin seçki məntəqəsində qeydiyyatda olan  rayonun Nəsimi  küçəsində yaşayan  1920-ci il  təvəllüdlü, 104 yaşlı  İsayeva Solmaz Abdulhüseyn qızı səsvermə hüququndan istifadə edərək səs verib.

 

Səbuhi Eltonlu

Gülşən Muradova

Arif  Heydərov

Zəka Nağıyev

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul