29 Noyabr 2024 05:44

Göyçayda 103 və 104 yaşlı qadın səs verib

Azadsöz.az xəbər verir ki, Göyçay rayonunda  iki  ən yaşlı  qadın 07 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasında keçirilən  növbədənkənar prezident seçkilərində  iştirak edərək səs  veriblər.

Belə ki,  91 saylı Göyçay seçki dairəsininin Qarabaqqal kənd seçki məntəqəsində qeydiyyatda olan 1920-ci il  təvəllüdlü,  103 yaşlı Həsənova  Səkinə Feyzi qızı  səsvermə hüququndan istifadə edərək səs verib.

92 saylı Göyçay-Ağdaş seçki dairəsinin seçki məntəqəsində qeydiyyatda olan  rayonun Nəsimi  küçəsində yaşayan  1920-ci il  təvəllüdlü, 104 yaşlı  İsayeva Solmaz Abdulhüseyn qızı səsvermə hüququndan istifadə edərək səs verib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul