29 Noyabr 2024 02:35

Dövlətə məxsus 19 avtomobil özəlləşdirildi

Azadsöz.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən növbəti hərracda 19 nəqliyyat vasitəsi satılıb.

Hərrac rəqabətli keçib.

Belə ki, “Hyundai Getz” markalı avtomobilin start qiyməti 1275 manat olsa da, son təklif 7800 manata yüksəlib. İlkin qiyməti 6750 manat olan “Mercedes Benz Vito” isə 9500 manata özəlləşdirilib.

Bu hərracda satılan əmlaklar üzrə dövlət büdcəsinə 91 min 75 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Ankara escort İstanbul Travesti Shemale İstanbul