Azadsöz.az xəbər verir ki, rayonda elektrik enerjisi təsərrüfatının yenilənməsi, nasazlıqların aradan qaldırılması, yararsız elektrik dirəklərinin yeniləri ilə əvəz olunması bununla yanaşı küçələrin və parkların işıqlandırılmasının təmin olunması istiqamətində işlər rayon icra hakimiyyəti tərəfindən mütəmadi olaraq aparılır.
Rayonun N.Nərimanov küçəsinin elektrik dirəklərində təmir-bərpa işləri aparılaraq işıqlandırılması təmin edilib.
Bununla yanaşı rayonun 18 küçəsində və 2 park ərazisində piyadaların və avtomobillərin axşam saatlarında təhlükəsiz hərəkətini təmin etmək, həmçinin sakinlərin asudə vaxtlarını parklarda rahat keçirmələri üçün işıqlandırılma bərpa edilib.
Qeyd edək ki, aparılan işıqlandırılma işləri Heydər Əliyev parkında, Sabir bağı adlanan ərazidə, şəhərin Heydər Əliyev prospektində, Mehdi Hüseyzadə, Nizami, M.Ə.Rəsulzadə, Natəvan, Ə.Kərim, Ə.Səmidli, Vidadi, Həbibi, Ə.Cavad, S.Xəlilov, A.Faruq, 20 Yanvar, Bakı, Vaqif, Nərimanov, M.Ə.Rəsulzadə və Füzuli küçələridə həyata keçirilib.