08 Sentyabr 2024 04:54

Məzuniyyətdə gələn hərbçi dəm qazından zəhərlənib ÖLDÜ

Azadsöz.az xəbər verir ki, məzuniyyətdə olan hərbi qulluqçu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Hadisə Mingəçevir şəhəri Günəşli yaşayış massivi, 5 saylı küçədəki fərdi evlərdən birində baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü hərbiçi Nəbiyev Hakim Hüseyn oğlu məzuniyyətini doğma evində  keçirdiyi bir vaxtda hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma başlanıb.