08 Sentyabr 2024 05:05

Qusarda ev yandı

Azadsöz.az xəbər verir ki, rayonun Atlıxan kəndində ümumi sahəsi 170 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə, dam örtüyü 150 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.