08 Sentyabr 2024 03:47

Göyçay Dövlət Peşə Liseyində növbədənkənar prezident seçkiləri bağlı tələbələrlə görüş keçirilib-FOTOLAR

Azadsöz.az xəbər verir ki, 2 fevral 2024-cü il tarixdə Göyçay Dövlət Peşə Liseyində liseyin tələbələri ilə  7 fevral 2024-cü ildə keçiriləcək  növbədənkənar prezident seçkiləri bağlı tədbir keçirilib.

Tədbirdə  liseyin direktoru vəzifəsini icra edən Günel Əhmədova, müəllim və tələbə kollektivi iştirak  edib.

Tədbiri  giriş  sözü ilə açan Günel Əhmədova 18 yaşı tamam olmuş tələbələrə qeydiyyatda olduğu seçki məntəqələrində fəal iştirak etməyi və layiqli namizədə səs vermələrini tapşırıb. İlk dəfə səs verəcək gənc seçiciləri bu tarixi prosesdə iştirakları münasibəti ilə təbrik edərək, növbədənkənar Prezident seçkilərində parlaq gələcəyə səs verməyə çağırıb.