19 May 2024 10:53

Qiymət dəyişkliyi ilə bağlı meyarlar hazırlanacaq

Azadsöz.az xəbər verir ki, strateji əhəmiyyətli mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarları hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin “Dövlət ehtiyatları haqqında” qanunun tətbiqi barədə” imzaladığı fərmanda əksini tapıb.

Nazirlər Kabineti 6 ay müddətində strateji əhəmiyyətli malların monitorinqi qaydasını və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarlarını təsdiqləyib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.