08 Sentyabr 2024 03:58

Zaqatalada ev külə DÖNDÜ

Azadsöz.az xəbər verir ki, hadisə Cımcımax kəndində bir evdə olub.

Kənd sakini 1995-ci il təvəlldlü Mətləb Nəriman oğlu Əliyevə məxsus yaşayış evi yanıb.

Yanğın yerinə Zaqatala Yanğından Mühafizə Hissəsinin texnikaları cəlb olunub.

Hadisə zamanı ümumi sahəsi 200 kvadratmetr olan evin 170 kvadratmetr sahəsi tamamilə yanıb.

Yanğında xəsarət alan olmayıb.