23 Noyabr 2024 14:38

Dövlət orqanlarında 106 vakant vəzifə daxili müsahibəyə ÇIXARILDI

Azadsöz.az xəbər verir ki, yanvarın 10-da dövlət orqanlarında elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 158 namizədlə 159 müsahibənin keçirilməsi planlaşdırılır.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, elan üzrə 24 dövlət orqanında mövcud olan 106 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.

Müsahibələrin fevralın 5-dən martın 12-dək keçirilməsi planlaşdırılır. Qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytında əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Ankara escort İstanbul Travesti Shemale İstanbul