Kənd sakini Abdullayev Şamil Paşa oğluna məxsus ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 5 otaqlı evin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları yanıb.Yüksək temperaturdan birinci mərtəbənin lambirdən ibarət tavanı 40 m² sahədə əriyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və 19 nəfər şəxsi heyəti cəlb olunub.

Yanğın söndürülüb və geniş əraziyə yayılmasının qarşısı alınıb.

Ev sahibinin sözlərinə görə, yanğın elektrik naqillərində baş verən qısaqapanmadan baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.