08 Sentyabr 2024 06:55

Anar Quliyev Göyçay Rayon Heydər Əliyev Mərkəzində olub-FOTO

Azadsöz.az  xəbər  verir  ki, yanvarın 30-da  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində  Göyçay, Kürdəmir, Ucar, Zərdab və Ağdaş   rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Qəbuldan  əvvəl  Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ümummilli lider Heydər Əliyevin Göyçay şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət  edib, abidə önünə gül-çiçək dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.

Daha  sonra  Göyçay rayon Heydər Əliyev mərkəzində Ulu öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlə tanış  olublar.