16 Sentyabr 2024 22:49

Sabirabadda tibb məntəqəsində yanğın olub

Azadsöz.az xəbər verir ki, Sabirabad rayonunun Bala Həşimxanlı kəndində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 50 m² olan birmərtəbəli kənd tibb məntəqəsinin tavanının qamışdan ibarət örtüyü 4 m² sahədə yanıb.

Tibb məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.