28 Noyabr 2024 20:36

Mina xəritələrinin Azərbaycana verilməsi məsələsi müzakirə olunmadı

Azadsöz.az xəbər verir ki, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və delimitasiyası üzrə iki ölkənin komissiyalarının iclasında minalanmış ərazi xəritələrinin Azərbaycan tərəfinə verilməsi məsələsi müzakirə olunmayıb. 

Bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisi açıqlayıb. 

“Belə bir məsələ gündəliyə daxil edilməyib, ona görə də belə bir müzakirə baş tutmayıb”, – ofisdən bildirilib.

Xatırladaq ki, bir qədər əvvəl Ermənistan tərəfinin komissiyaların iclasına daha 3 rayonun minalanmış sahələrinin xəritələrini Azərbaycana təqdim edəcəyi barədə məlumat yayılmışdı.

Ankara escort İstanbul Travesti Shemale İstanbul