19 May 2024 08:10

Azərbaycanda süni brilyantın istehsalı planlaşdırılır

“Süni brilyantdan bir çox sənayedə, tibbi avadanlıqların istehsalında, hərbi sənayedə istifadə olunur. Süni brilyantın istifadəsi və tətbiqi sürətlə artır”.

Azadsöz.az xəbər verir ki, bunu “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

O bildirib ki, ötən ilin payızında “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə Hindistan şirkəti arasında Ələt Azad İqtisadi Zonasında belə bir istehsal qurulması üçün anlaşma memorandumu imzalanıb:

“Müqavilənin şərtləri bizə uyğundur. Süni brilyantın yeganə fərqi onun daha qısa müddətdə, iki-üç həftəyə ərsəyə gəlməsidir. Qeyd edim ki, süni brilyantın xammalı təbii brilyantdan götürülür”.