Azadsöz.az xəbər verir ki, BRICS qrupuna (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) üzv ölkələrin xarici işlər nazirləri bu ilin iyun ayında Rusiyada görüş keçirəcək.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.
“BRICS ölkələrinin xarici işlər nazirlərinin görüşü 2024-cü ilin iyun ayında Nijni Novqorod şəhərində keçiriləcək”, – o deyib.
Ryabkovun sözlərinə görə, Rusiyanın BRICS-ə sədrliyi çərçivəsində Rusiyanın onlarla şəhərində 200-dən çox tədbirin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Rusiya bu il yanvarın 1-dən BRİKS-ə sədrlik etməyə başlayıb.