Azadsöz.az xəbər verir ki, yanvarın 27-si axşam saatlarında Bakı-Qazax-Qırmızı Körpü avtomagistiralının Ağstafa rayon Qarahəsənli kəndi ərazisindən keçən hissəsində asfalt örtüyünün buz bağlaması nəticəsində müxtəlif marka və qabaritli bir neçə avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib.
Bildirilib ki, hadisə ilə əlaqədar dərhal Ağstafa Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu Tağımının əməkdaşları həmin ünvana gələrək hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirib.
Hadisə nəticəsində 2 nəfər xəsarət alıb, faktla bağlı araşdırmalar davam etdirilir.