27 Noyabr 2024 08:57

Mərkəzi Bank “PAŞA Bank”ı cərimələdi

“Azadsöz.az”  AMB-yə istinadən xəbər verir ki, bank sistemində izafi likvidliyin effektiv idarə edilməsi və likvidliyin konsentrasiyasının azaldılması məqsədilə Mərkəzi Bankı tərəfindən məcburi ehtiyat normalarından istifadə olunur.

Banklara tətbiq edilən məcburi ehtiyatlar üzrə tələblər “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna (Qanun) əsasən, Mərkəzi Bankın “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması” Qaydası (Qayda) ilə tənzimlənir. Bundan irəli gələrək, banklar tələb olunan məcburi ehtiyatları Qaydaya müvafiq surətdə Mərkəzi Bankda olan müxbir hesablarında saxlanmasını təmin etməlidirlər.

15.12.2023 – 14.01.2024-cü il tarixlərini əhatə edən saxlama dövründə “Paşa Bank” xarici valyuta ilə məcburi ehtiyatları tələb olunan normaya uyğun təmin etmədiyinə görə Qanunun 32-ci maddəsinə müvafiq olaraq Mərkəzi Bank tərəfindən “Paşa Bank” ASC-yə qarşı 3108.98 manat (üç min yüz səkkiz manat doxsan səkkiz qəpik) məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul